Surə 5 · Cüz 6
Al-Ma'idah · 5:49
وَأَنِ احْكُمْ بَيْنَهُمْ بِمَا أَنْزَلَ اللَّهُ وَلَا تَتَّبِعْ أَهْوَاءَهُمْ وَاحْذَرْهُمْ أَنْ يَفْتِنُوكَ عَنْ بَعْضِ مَا أَنْزَلَ اللَّهُ إِلَيْكَ ۖ فَإِنْ تَوَلَّوْا فَاعْلَمْ أَنَّمَا يُرِيدُ اللَّهُ أَنْ يُصِيبَهُمْ بِبَعْضِ ذُنُوبِهِمْ ۗ وَإِنَّ كَثِيرًا مِنَ النَّاسِ لَفَاسِقُونَ
49. Onların arasında Allahın nazil etdiyi ilə hökm ver və onların istəklərinə uyma. Onlardan ehtiyat et ki, Allahın sənə nazil etdiyi hökmlərin bəzisindən səni sapdırmasınlar. Əgər onlar üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Həqiqətən, insanların çoxu fasiqlərdir.
Təfsir
Ey Peyğəmbər! Onların arasında Allahın sənə nazil etdiyi ilə hökm ver və onların öz nəfsi istəklərindən gələn fikirlərinə uyma. Onlardan ehtiyat et ki, Allahın sənə nazil etdiyi hökmlərin bəzisindən səni azdırmasınlar. Çünki onlar bu işdən heç vaxt əl çəkməzlər. Əgər onlar Allahın sənə nazil etdiyi hökmü qəbul etməkdən üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarına görə dünya müsibəti ilə əzaba düçar etmək istəyir. Günahlarının hamısına görə isə onlara axirətdə əzab verəcəkdir. Həqiqətən, insanların çoxu Allaha itaət etməkdən uzaqdırlar.