Surə 5 · Cüz 6

Al-Ma'idah · 5:44

إِنَّا أَنْزَلْنَا التَّوْرَاةَ فِيهَا هُدًى وَنُورٌ ۚ يَحْكُمُ بِهَا النَّبِيُّونَ الَّذِينَ أَسْلَمُوا لِلَّذِينَ هَادُوا وَالرَّبَّانِيُّونَ وَالْأَحْبَارُ بِمَا اسْتُحْفِظُوا مِنْ كِتَابِ اللَّهِ وَكَانُوا عَلَيْهِ شُهَدَاءَ ۚ فَلَا تَخْشَوُا النَّاسَ وَاخْشَوْنِ وَلَا تَشْتَرُوا بِآيَاتِي ثَمَنًا قَلِيلًا ۚ وَمَنْ لَمْ يَحْكُمْ بِمَا أَنْزَلَ اللَّهُ فَأُولَٰئِكَ هُمُ الْكَافِرُونَ

44. Şübhəsiz ki, Biz, içində hidayət və nur olan Tövratı na­­zil etdik. Özlərini Alla­ha təslim edən pey­ğəm­bərlər bu­nun­la yəhudi­lə­r arasında hökm edərdi­lər. Din xadimləri və elm adamları isə Allahın kitabından qoru­nub sax­lanılanlarla hökm verərdi­lər. On­lar buna şahiddirlər. Elə isə in­sanlardan qorx­mayın, Məndən qor­xun! Ayə­lərimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz on­lar ka­firdirlər.

Təfsir

Həqiqətən, Tövratı Musaya - aleyhissəlam - Biz na­­zil etdik. Orada xeyirə yönəldən doğru yol və işıq saçan nur vardır. Alla­ha itaətlə boyun əyən İsrail oğullarının pey­ğəm­bərləri və insanları, Allah, Öz kitabında qoru­nub sax­ladığı hökmlərlə tərbiyə edən din xadimləri və fəqihlər onunla hökm verərdi­lər. Allah on­ları kitaba təhrif və dəyişiklik etməkdən qorumaları üçün etibarlı insanlar etmişdir. Onlar bu kitabın haqq bir kitab olmasını şahiddirlər və insanlar da bu kitab barədə bilği almaq istədikdə onlara müraciət edirdilər. Ey Yəhudilər! İn­sanlardan qorx­mayın, tək Məndən qor­xun! Allahın nazil etdiyi ilə hökmü verməyi başçılıq, şan-şöhrət və mal-dövlət kimi ucuz qiymətə dəyişməyin. Allahın nazil etdiyi vəhy ilə hökm verməməsini özünə halal görən yaxud başqa hökmləri Allahın hökmündən üstün, yaxud Allahın hökmünə bərabər tutaraq Allahın nazil etdiyi ilə hökm etməyənlər, ka­firdirlər.

Oxuyucuda aç - Surəni tam oxu