Surə 5 · Cüz 6

Al-Ma'idah · 5:45

وَكَتَبْنَا عَلَيْهِمْ فِيهَا أَنَّ النَّفْسَ بِالنَّفْسِ وَالْعَيْنَ بِالْعَيْنِ وَالْأَنْفَ بِالْأَنْفِ وَالْأُذُنَ بِالْأُذُنِ وَالسِّنَّ بِالسِّنِّ وَالْجُرُوحَ قِصَاصٌ ۚ فَمَنْ تَصَدَّقَ بِهِ فَهُوَ كَفَّارَةٌ لَهُ ۚ وَمَنْ لَمْ يَحْكُمْ بِمَا أَنْزَلَ اللَّهُ فَأُولَٰئِكَ هُمُ الظَّالِمُونَ

45. Biz Tövratda onlara ya­zıb buyur­duq ki, cana can, gözə göz, buruna bu­run, qulağa qu­laq, di­şə diş, ya­ralara da misli ilə qisas alınmalıdır. Kim bu­ qi­sası bağışlayarsa, bu onun üçün kəffarə olar. Alla­hın na­zil etdiyi ilə hökm ver­mə­yən­lər – məhz onlar zalımdır­dır.

Təfsir

Biz Tövratda yəhudilərə, kim bir cana haqsız yerə qəsd edərək qətlə yetirərsə onu da qətilə yetirməyi, kim qəsdən bir göz çıxararsa, onun da gözünü çıxartmağı, kim qəsdən bir kimsənin burnunu kəsərsə onun da bu­rnunun kəsilməsini, kim qəsdən bir kimsənin qulağını qoparasa onunda qulağının qopardılmağını, kim qəsdən bir kimsənin di­şini çıxardarsa onun da dişinin çıxardılmağını vacib buyurduq. Biz onlara yazıb hökm etdik ki, cinayətkara, xəsarət yetirdiyi ya­ranın eyni ilə dərhal cəza verilməlidir. Kim cinayətkarı qi­sas almadan bağışlayarsa, ona zülm edəni əfv etdiyinə görə, bu onun üçün günahlarına kəffarə olar. Qisas və başqa işlərdə Alla­hın na­zil etdiyi ilə hökm ver­mə­yənlər, Allahın hüdudlarını aşanlardır.

Oxuyucuda aç - Surəni tam oxu

Al-Ma'idah 5:45 · Tlawati