Surə 5 · Cüz 6

Al-Ma'idah · 5:43

وَكَيْفَ يُحَكِّمُونَكَ وَعِنْدَهُمُ التَّوْرَاةُ فِيهَا حُكْمُ اللَّهِ ثُمَّ يَتَوَلَّوْنَ مِنْ بَعْدِ ذَٰلِكَ ۚ وَمَا أُولَٰئِكَ بِالْمُؤْمِنِينَ

43. İçində Allahın hökmü olan Töv­rat özlərində olduğu halda, onlar səni necə hakim təyin edir­lər? Hələ bir bun­dan sonra da ver­diyin hökmdən üz çevi­rirlər. On­­lar iman gətirmiş kimsələr de­yil­lər.

Təfsir

Həqiqətən, yəhudilərin işi çox qəribədir. Onlar səni inkar edirlər, amma içində Allahın hökmü olan və özlərinin də iman gətirdiklərini idda etdikləri Töv­rat onlarda olduğu halda, sənin, onların nəfsi istəklərinə müvafiq hökm verməyinə tamah edərək, səndən onlar arasında hökm verməni istəyirlər. Sonra da sənin verdiyin hökm öz nəfsi istəklərinə müvafiq olmadıqda, ondan üz çevirirlər. On­­ların etdikləri bu əməl, iman gətirmiş kimsələrin etdiyi əməl deyildir. Elə isə onlar, nə sənə, nə də sənin gətirdiyinə iman etmiş kimsələrdir.

Oxuyucuda aç - Surəni tam oxu