Surə 5 · Cüz 6

Al-Ma'idah · 5:19

يَا أَهْلَ الْكِتَابِ قَدْ جَاءَكُمْ رَسُولُنَا يُبَيِّنُ لَكُمْ عَلَىٰ فَتْرَةٍ مِنَ الرُّسُلِ أَنْ تَقُولُوا مَا جَاءَنَا مِنْ بَشِيرٍ وَلَا نَذِيرٍ ۖ فَقَدْ جَاءَكُمْ بَشِيرٌ وَنَذِيرٌ ۗ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

19. Ey Kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövr­də: “Bizə müjdələyən və qor­­xudan kimsə gəlmədi”– de­mə­yə­si­niz deyə, haqqı bəyan edən rəsulumuz gəldi. Artıq sizə müj­dələyən və qor­xudan bir pey­ğəmbər gəldi. Allah hər şeyə qadirdir.

Təfsir

Ey yəhudi və nəsranilərdən olan Kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi və peyğəmbərlərin gəlişinə böyük ehtiyac olduğu bir vaxt­da üzür gətirərək: "Bizə Allahın savabı ilə müjdələyən və Onun əzabı ilə qor­­xudan kimsə gəlmədi"– de­mə­yə­si­niz deyə, sizə Rəsulumuz Muhəmməd - sallallahu aleyhi və səlləm - gəldi. Artıq sizi Allahın savabı ilə müjdələyən və Onun əzabı ilə qor­­xudan Muhəmməd - sallallahu aleyhi və səlləm - gəldi. Allah hər şeyə qadirdir. Onu heç bir şey aciz edə bilməz. Bəşəriyyətə rəsulları göndərmək də Allahın qüdrətinin bir göstəricisidir. Allah bu rəsulları Muhəmmədi - sallallahu aleyhi və səlləm - göndərməklə tamamladı.

Oxuyucuda aç - Surəni tam oxu

Al-Ma'idah 5:19 · Tlawati