Surə 5 · Cüz 6

Al-Ma'idah · 5:20

وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِ يَا قَوْمِ اذْكُرُوا نِعْمَةَ اللَّهِ عَلَيْكُمْ إِذْ جَعَلَ فِيكُمْ أَنْبِيَاءَ وَجَعَلَكُمْ مُلُوكًا وَآتَاكُمْ مَا لَمْ يُؤْتِ أَحَدًا مِنَ الْعَالَمِينَ

20. Bir zaman Musa öz qöv­mü­nə de­mişdi: “Ey qövmüm! Alla­hın sizə olan nemətini xa­tırlayın. O, sizin aranızdan pey­ğəmbərlər seçdi, sizi hökm­dar­lar təyin etdi və aləm­lər­dən heç kəsə vermədi­yi­ni sizə ver­di.

Təfsir

Ey Peyğəmbər! Musanın bir zaman qövmü İsrail oğullarına: "Ey qövmüm! Alla­hın sizə bəxt etdiyi nemətini qəlbləriniz və dillərinizlə xa­tırlayın. Allah, öz aranızdan sizi doğru yola dəvət edən pey­ğəmbərlər göndərdiyi, siz qul olduqdan sonra sizi özünüzə sahib edən hökm­dar­lar təyin etdiyi və zamanınızda aləm­lər­dən heç bir kəsə vermədi­yi­ nemətləri sizə verdiyi nemətlərini xa­tırlayın"- dediyini yadına sal.

Oxuyucuda aç - Surəni tam oxu