Surə 5 · Cüz 6
Al-Ma'idah · 5:18
وَقَالَتِ الْيَهُودُ وَالنَّصَارَىٰ نَحْنُ أَبْنَاءُ اللَّهِ وَأَحِبَّاؤُهُ ۚ قُلْ فَلِمَ يُعَذِّبُكُمْ بِذُنُوبِكُمْ ۖ بَلْ أَنْتُمْ بَشَرٌ مِمَّنْ خَلَقَ ۚ يَغْفِرُ لِمَنْ يَشَاءُ وَيُعَذِّبُ مَنْ يَشَاءُ ۚ وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ وَإِلَيْهِ الْمَصِيرُ
18. Yəhudilər və xaçpərəstlər: “Biz Allahın oğulları və sevimliləriyik”– dedilər. De: “Onda nə üçün Allah sizə günahlarınıza görə əzab verir? Əksinə, siz Onun yaratdığı bir bəşərsiniz.” O, istədiyini bağışlar, istədiyinə də əzab verər. Göylərin, yerin və onların arasında olanların mülkü Allaha məxsusdur. Dönüş də ancaq Onadır.
Təfsir
Yəhudi və nəsranilərin hər biri özlərinin Allahın oğulları və sevimliləri olduqlarını idda etdilər. Ey Peyğəmbər! Onlara cavab olaraq de: "Elə isə Allah nə üçün sizə etdiyiniz günahlara görə əzab verir?! Əgər siz iddia etdiyiniz kimi Allahın sevimliləri olsaydınız, o zaman Allah sizi dünyada meymuna və donuza döndərməklə və ölümlə sizə əzab verməzdi. Çünki Allah sevdiyinə əzab verməz. Əksinə, siz Onun yaratdığı adi insanlar kimi bir bəşərsiniz. İnsanlardan kim yaxşılıq edərsə, Allah onu Cənnətlə mükafatlandırar, kim də pislik edərsə onu cəhənnəmlə cəzalandırar". Allah istədiyini lütfü ilə bağışlar, istədiyinə də ədaləti ilə əzab verər. Göylərin, yerin mülkü və onların arasında olanların mülkü tək Allaha məxsusdur. Dönüş yalnız tək Onadır.