Surə 5 · Cüz 6

Al-Ma'idah · 5:17

لَقَدْ كَفَرَ الَّذِينَ قَالُوا إِنَّ اللَّهَ هُوَ الْمَسِيحُ ابْنُ مَرْيَمَ ۚ قُلْ فَمَنْ يَمْلِكُ مِنَ اللَّهِ شَيْئًا إِنْ أَرَادَ أَنْ يُهْلِكَ الْمَسِيحَ ابْنَ مَرْيَمَ وَأُمَّهُ وَمَنْ فِي الْأَرْضِ جَمِيعًا ۗ وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا ۚ يَخْلُقُ مَا يَشَاءُ ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

17. “Şübhəsiz ki, Allah Mər­yəm oğlu Məsihdir!”– deyən­lər ar­tıq kafir oldu­lar. De: “Əgər Allah Mər­yəm oğlu Məsihi, onun ana­sı­nı və yer üzün­də olanların hamı­sı­nı məhv et­mək istəsə, kim Ona bir şeylə mane ola bilər?” Göy­lə­rin, ye­rin və onların ara­sın­da olan­­la­rın mülkü Allaha məx­sus­dur. Allah istədiyini yaradır. Allah hər şeyə qadirdir.

Təfsir

Nəsranilərdən: "Allah Mər­yəm oğlu İsa Məsihdir!"– deyən­lər ar­tıq kafir oldu­lar. Ey Peyğəmbər! Onlara de: "Məgər Allah Mər­yəm oğlu İsa Məsihi, onun ana­sı­nı və bütün yer üzün­də olanların hamı­sı­nı məhv et­mək istəsə, kim Ona mane olmağa qadirdir?!" Əgər heç kimsə Ona bu işdə mane ola bilməzsə, bu, Allahdan başqa heç bir ilahın olmadığına, Məryəm oğlu İsanın, onun anasının və bütün bəşəriyyətin Allahın məxluqatı olduğuna dəlalət edir. Göy­lə­rin, ye­rin və onların ara­sın­da olan­­la­rın mülkü Allaha məx­sus­dur. Allah istədiyini yaradır. Onun yaratmaq istədiyi məxluqundan biri də: İsadır - aleyhissəlam, o, Allahın qulu və rəsuludur. Allah hər şeyə qadirdir.

Oxuyucuda aç - Surəni tam oxu