Surə 5 · Cüz 6
Al-Ma'idah · 5:16
يَهْدِي بِهِ اللَّهُ مَنِ اتَّبَعَ رِضْوَانَهُ سُبُلَ السَّلَامِ وَيُخْرِجُهُمْ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ بِإِذْنِهِ وَيَهْدِيهِمْ إِلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ
16. Allah, Onun rizasını arayan kəsləri bu kitabla əmin-amanlıq yollarına yönəldər, onları Öz izni ilə zülmətlərdən nura çıxarar və düz yola yönəldər.
Təfsir
Allah bu kitaba iman gətirib və saleh əməl edərək, Onun rizasını arayan kəsləri, Allahın əzabından salamat edən yollarına yönəldər. Bu yollar Cənnətə aparan yollardır. Onları Öz izni ilə küfür və asilik zülmətlərdən iman və itaət nuruna çıxarar və doğru, düzgün yola, İslam yoluna müvəffəq edər.