Surə 5 · Cüz 6

Al-Ma'idah · 5:15

يَا أَهْلَ الْكِتَابِ قَدْ جَاءَكُمْ رَسُولُنَا يُبَيِّنُ لَكُمْ كَثِيرًا مِمَّا كُنْتُمْ تُخْفُونَ مِنَ الْكِتَابِ وَيَعْفُو عَنْ كَثِيرٍ ۚ قَدْ جَاءَكُمْ مِنَ اللَّهِ نُورٌ وَكِتَابٌ مُبِينٌ

15. Ey Kitab əhli! Sizə ki­tab­dan gizlətdiyiniz şeylərin bir çoxu­nu bə­yan edən və bir ço­xu­nun da üstün­dən keçən rəsulumuz gəl­di. Artıq sizə Allah­dan bir nur və açıq-aydın bir ki­tab gəl­di.

Təfsir

Ey yəhudilərdən Tövrata, nəsranilərdən isə İncilə inanan Kitab əhli! Sizə nazil edilmiş ki­tab­dan gizlətdiyiniz şeylərin bir çoxu­nu bə­yan edən və sizi rüsvay etməkdən başqa heç bir mənfəət olmayan bir ço­xu­nun da üstün­dən keçən rəsulumuz Muhəmməd - sallallahu aleyhi və səlləm - gəl­di. Artıq sizə Allah­dan bir Kitab - Quran gəl­di. Bu, işıq saçan, bir nur və insanların dünya və axirət işlərində ehtiyacları olduğu şeyləri bəyan edən açıq-aydın bir ki­tabdır.

Oxuyucuda aç - Surəni tam oxu