Surə 5 · Cüz 7
Al-Ma'idah · 5:114
قَالَ عِيسَى ابْنُ مَرْيَمَ اللَّهُمَّ رَبَّنَا أَنْزِلْ عَلَيْنَا مَائِدَةً مِنَ السَّمَاءِ تَكُونُ لَنَا عِيدًا لِأَوَّلِنَا وَآخِرِنَا وَآيَةً مِنْكَ ۖ وَارْزُقْنَا وَأَنْتَ خَيْرُ الرَّازِقِينَ
114. Məryəm oğlu İsa dedi: “Ey Allahım! Ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə endir ki, bizim həm birincimiz, həm də axırıncımız üçün bir bayram və Səndən bir möcüzə olsun. Bizə ruzi ver, Sən ruzi verənlərin ən yaxşısısan!”
Təfsir
İsa - aleyhissəlam - onların tələbinə cavab verdi və Allaha: "Ey Rəbbimiz! Bizə yemək süfrə endir. Biz də Sənə şükür əlaməti olaraq onu endirdiyin günü həm təzim, həm də, bizə və bizdən sonra gələnlər üçün bayram edək və bu süfrə həm Sənin tək İlah olduğuna, həm də gətirdiyim dəlillərin doğru olduğuna dəlalət edən açığ-aydın bir əlamət olsun. Bizə, Sənə ibadət etməyə yardım edən ruzi ver, ey Rəbbimiz! Sən ruzi verənlərin ən yaxşısısan!"– deyərək dua etdi.