Surə 5 · Cüz 7

Al-Ma'idah · 5:115

قَالَ اللَّهُ إِنِّي مُنَزِّلُهَا عَلَيْكُمْ ۖ فَمَنْ يَكْفُرْ بَعْدُ مِنْكُمْ فَإِنِّي أُعَذِّبُهُ عَذَابًا لَا أُعَذِّبُهُ أَحَدًا مِنَ الْعَالَمِينَ

115. Allah dedi: “Mən onu si­zə endi­rəcəyəm. Amma bun­dan son­­ra ara­nız­dan kafir olan­­lara aləm­­lərdən heç kəsə ver­mədi­yim bir əzabı verəcə­yəm”.

Təfsir

Allah İsanın - aleyhissəlam - duasına cavab verərək belə buyurdu: "Mən sizin tələbinizi nəzərə alıb o süfrəni si­zə endi­rəcəyəm. Lakin bun­dan son­­ra ara­nız­dan kimsə kafir olarsa, öz nəfsindən başqa heç kəsi qınamasın. O açıq-aydın möcüzəyə şahid olduqları üçün, ona heç kəsə ver­mədi­yim şiddətli bir əzabı verərəm. Çünki onun etdiyi küfr, Allahı inkar edərək küfrdür". Beləliklədə Allah onlara verdiyi vədi tutdu və onlara həmən süfrəni nazil etdi.

Oxuyucuda aç - Surəni tam oxu

Al-Ma'idah 5:115 · Tlawati