Surə 5 · Cüz 7
Al-Ma'idah · 5:113
قَالُوا نُرِيدُ أَنْ نَأْكُلَ مِنْهَا وَتَطْمَئِنَّ قُلُوبُنَا وَنَعْلَمَ أَنْ قَدْ صَدَقْتَنَا وَنَكُونَ عَلَيْهَا مِنَ الشَّاهِدِينَ
113. Onlar demişdilər: “Biz istəyirik ki, ondan yeyək, qəlblərimiz rahat olsun, bizə doğru söylədiyini bilək və o möcüzəyə şahidlik edənlərdən olaq”.
Təfsir
Həvarilər İsaya - aleyhissəlam - demişdilər: "Biz istəyirik ki, o süfrədən yeyək, Allahın qüdrətinin kamilliyinə, sənin Allahı elçisi olduğuna qəlbimiz rahat olsun, sənin Allahdan gətirdiyini həqiqətən də bizə doğru söylədiyini tam yəqinliklə bilək və o möcüzəni görməyən insanlar yanında şahidlik edənlərdən olaq".