Surə 5 · Cüz 7

Al-Ma'idah · 5:112

إِذْ قَالَ الْحَوَارِيُّونَ يَا عِيسَى ابْنَ مَرْيَمَ هَلْ يَسْتَطِيعُ رَبُّكَ أَنْ يُنَزِّلَ عَلَيْنَا مَائِدَةً مِنَ السَّمَاءِ ۖ قَالَ اتَّقُوا اللَّهَ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ

112. Bir zaman həvarilər de­­­miş­dilər: “Ey Məryəm oğlu İsa! Rəbbin bizə göy­dən bir süfrə en­dirə bilərmi?” O da on­la­ra de­miş­di: “Əgər mömin­sinizsə, Allah­dan qorxun”.

Təfsir

Bir zaman həvarilərin: "Əgər Rəbbinə dua etsən O, bizə göy­dən bir süfrə en­dirə bilərmi?"– dediklərini yadına sal. İsa da - aleyhissəlam - on­la­ra Allahdan qorxmağı və istədiklərini tələb etməkdən əl çəkmələrini əmr edərək de­miş­dir: "Əgər mömin­sinizsə, ruzi tələb etməkdə Rəbbinizə təvəkkül edin!"

Oxuyucuda aç - Surəni tam oxu