Surə 5 · Cüz 7
Al-Ma'idah · 5:111
وَإِذْ أَوْحَيْتُ إِلَى الْحَوَارِيِّينَ أَنْ آمِنُوا بِي وَبِرَسُولِي قَالُوا آمَنَّا وَاشْهَدْ بِأَنَّنَا مُسْلِمُونَ
111. Bir zaman Mən həvarilərə: “Mənə və elçimə iman gətirin!”– deyə vəhy etmişdim. Onlar da: “İman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanlarıq!”– demişdilər.
Təfsir
Bir zaman Mən həvarilərə, Mənə və sənə iman gətirsinlər, deyə ilham edərək onları sənə köməkçilər müyəssər etdiyim nemətimi yadına sal! Onlar da tabe olaraq: "İman gətirdik. Ey Rəbbimiz! Sən də şahid ol ki, biz Sənə boyun əyən müsəlmanlarıq!"– cavab verdilər.