Surə 5 · Cüz 7

Al-Ma'idah · 5:110

إِذْ قَالَ اللَّهُ يَا عِيسَى ابْنَ مَرْيَمَ اذْكُرْ نِعْمَتِي عَلَيْكَ وَعَلَىٰ وَالِدَتِكَ إِذْ أَيَّدْتُكَ بِرُوحِ الْقُدُسِ تُكَلِّمُ النَّاسَ فِي الْمَهْدِ وَكَهْلًا ۖ وَإِذْ عَلَّمْتُكَ الْكِتَابَ وَالْحِكْمَةَ وَالتَّوْرَاةَ وَالْإِنْجِيلَ ۖ وَإِذْ تَخْلُقُ مِنَ الطِّينِ كَهَيْئَةِ الطَّيْرِ بِإِذْنِي فَتَنْفُخُ فِيهَا فَتَكُونُ طَيْرًا بِإِذْنِي ۖ وَتُبْرِئُ الْأَكْمَهَ وَالْأَبْرَصَ بِإِذْنِي ۖ وَإِذْ تُخْرِجُ الْمَوْتَىٰ بِإِذْنِي ۖ وَإِذْ كَفَفْتُ بَنِي إِسْرَائِيلَ عَنْكَ إِذْ جِئْتَهُمْ بِالْبَيِّنَاتِ فَقَالَ الَّذِينَ كَفَرُوا مِنْهُمْ إِنْ هَٰذَا إِلَّا سِحْرٌ مُبِينٌ

110. Allah deyəcək: “Ey Mər­yəm oğlu İsa! Sənə və ana­na olan nemətimi xatırla! O za­man səni müqəddəs ruhla qüv­vətlən­dir­miş­dim. Sən həm be­şikdə ikən, həm də yet­kin ça­ğında in­san­lar­la da­nı­şırdın. Sə­nə yazmağı, hik­mə­ti, Töv­ratı və İncili öyrət­miş­dim. Sən Mə­nim iznimlə palçıqdan quşa bənzər bir şey düzəl­dib ona üfü­rürdün, o da Mənim iz­nim­­lə quş olurdu. Sən Mənim iz­nim­lə ana­dangəlmə koru və cüzam xəs­tə­li­yinə tutu­lanı sa­ğaldır və Mə­nim iznim­lə ölü­ləri dirildirdin. Sən İs­rail oğul­la­rı­nın yanına açıq-ay­dın də­lillərlə gəldik­də Mən on­ları səndən dəf etmişdim. On­lar­dan kafir olanlar isə demiş­di­lər: “Bu, açıq-aydın sehrdən baş­qa bir şey deyildir”.

Təfsir

Bir zaman Allah İsaya - aleyhissəlam - xitab edərək belə dediyini xatırla: "Ey Mər­yəm oğlu İsa! Mən səni atasız xəlq etdiyim zaman sənə olan və ana­n Məryəmi - aleyhəssəlam - seçib öz dövründəki bütün qadınlardan üstün etdiyim nemətimi xatırla! Səni o za­man Cəbrail - aleyhissəlam - vasitəsi ilə qüv­vətləndirərək sənə bəxş etdiyim nemətimi xatırla! Sən həm - südəmər ikən - insanları Allaha dəvət edərək, həm də yet­kin ça­ğında səni onlara göndərdiyim dini da­nı­şırdın. Allahın sə­nə yazmağı, Musaya - aleyhissəlam -nazil etdiyi Töv­ratı, sənə nazil edilən İncili, sənə şəriətin sirlərini, faydalarını və hikmətlərini öyrət­məsi sənə olan nemətindəndir. Sənin palçıqdan quşa bənzər bir şey düzəl­dib sonra ona üfü­rüb onun quş olması, ana­dangəlmə kora, cüzam xəs­tə­li­yinə tutu­lanı dərisini sa­ğaldıb şəfa verməyin və ölü­lərin dirilməsi üçün Allaha dua etdərək onları diriltməyin sənə olan nemətimdəndir. Bunların hamısı Mənim iznimlədir. Sən İs­rail oğul­la­rı­nın yanına açıq-ay­dın möcüzələrlə gəldik­də onların səni öldürmək istədikləri zaman Allahın səni onlardan qoruması Onun sənə olan nemətindəndir. On­lar­ isə bunu inkar edərək: "İsanın gətirdiyi açıq-aydın sehrdən baş­qa bir şey deyildir"- demiş­di­lər.

Oxuyucuda aç - Surəni tam oxu

Al-Ma'idah 5:110 · Tlawati