Surə 46 · Cüz 26

Al-Ahqaf · 46:31

يَا قَوْمَنَا أَجِيبُوا دَاعِيَ اللَّهِ وَآمِنُوا بِهِ يَغْفِرْ لَكُمْ مِنْ ذُنُوبِكُمْ وَيُجِرْكُمْ مِنْ عَذَابٍ أَلِيمٍ

31. Ey qövmümüz! Allahın dəvətçisini qəbul edin və ona iman gətirin ki, Allah günah­la­rınızı bağışlasın və sizi ağrılı-acılı əzab­dan qur­tarsın!”

Təfsir

Ey qövmümüz! Muhəmmədin (səllallahu aleyhi və səlləm) sizə təbliğ etdiyi haqqı qəbul edin və onun öz Rəbbi tərəfindən elçi göndərildiyinə iman gətirin ki, Allah sizin günah­la­rınızı bağışlasın, üstəlik, peyğəmbərin sizə təbliğ etdiyi haqqı qəbul etməyəcəyiniz və onun öz Rəbbi tərəfindən elçi göndərildiyinə iman gətirməyəcəyiniz təqdirdə sizi yaxalayacaq ağrılı-acılı əzab­dan sizi qur­tarsın”.

Oxuyucuda aç - Surəni tam oxu