Surə 46 · Cüz 26
Al-Ahqaf · 46:32
وَمَنْ لَا يُجِبْ دَاعِيَ اللَّهِ فَلَيْسَ بِمُعْجِزٍ فِي الْأَرْضِ وَلَيْسَ لَهُ مِنْ دُونِهِ أَوْلِيَاءُ ۚ أُولَٰئِكَ فِي ضَلَالٍ مُبِينٍ
32. Allahın dəvətçisini qəbul etməyən kimsə yer üzündə Allahdan yaxa qurtara bilməz və Ondan başqa onun himayəçi dostları da olmaz. Onlar aşkar azğınlıq içindədirlər.
Təfsir
Muhəmmədin (səllallahu aleyhi və səlləm) təbliğ etdiyi haqqı qəbul etməyən kimsə yer üzündə qaçıb Allahdan yaxa qurtara bilməz və Allahdan başqa onu əzabdan qurtara biləcək dostları da tapılmaz. Onlar açıq- aşkar haqdan uzaq bir azğınıq içindədirlər.