Surə 46 · Cüz 26
Al-Ahqaf · 46:30
قَالُوا يَا قَوْمَنَا إِنَّا سَمِعْنَا كِتَابًا أُنْزِلَ مِنْ بَعْدِ مُوسَىٰ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيْهِ يَهْدِي إِلَى الْحَقِّ وَإِلَىٰ طَرِيقٍ مُسْتَقِيمٍ
30. Onlar dedilər: “Ey qövmümüz! Biz, həqiqətən də, Musadan sonra nazil edilmiş, özündən əvvəlkiləri təsdiqləyən, haqqa və düz yola yönəldən bir Kitab dinlədik!
Təfsir
Cinlər onlara dedilər: “Ey qövmümüz! Biz, həqiqətən də, Allahın Musadan sonra nazil etdiyi, özündən əvvəl Allah tərəfindən nazil edilmiş kitabları təsdiqləyən bir kitab dinlədik. Dinlədiyimiz bu kitab (hər kəsi) haqqa və düz yola - İslamın yoluna yönəldir.