Surə 46 · Cüz 26
Al-Ahqaf · 46:12
وَمِنْ قَبْلِهِ كِتَابُ مُوسَىٰ إِمَامًا وَرَحْمَةً ۚ وَهَٰذَا كِتَابٌ مُصَدِّقٌ لِسَانًا عَرَبِيًّا لِيُنْذِرَ الَّذِينَ ظَلَمُوا وَبُشْرَىٰ لِلْمُحْسِنِينَ
12. Ondan əvvəl Musanın rəhbər və mərhəmət olan Kitabı var idi. Bu isə zalımları qorxutmaq və yaxşı iş görənlərə müjdə vermək üçün ərəb dilində nazil edilmiş, əvvəlkiləri təsdiq edən bir Kitabdır.
Təfsir
Bu Qurandan əvvəl Allahın Musaya (aleyhissəlam) nazil etdiyi, haqq yolu göstərən bir rəhbər və İsrail oğullarından iman gətirib tabe olanlar üçün bir mərhəmət sayılan Tövrat var idi. Muhəmmədə (səllallahu aleyhi və səlləm) nazil edilmiş bu Quran isə, Allaha şərik qoşmaq və günah işlər görməklə özlərinə zülm edən kimsələri qorxutmaq, habelə, həm Xaliqlə, həm də məxluqla öz arasında olan əlaqələrini düzəldən yaxşı əməl sahiblərinə müjdə vermək üçün, ərəb dilində nazil edilmiş və əvvəlkiləri təsdiq edən bir kitabdır.