Surə 46 · Cüz 26
Al-Ahqaf · 46:13
إِنَّ الَّذِينَ قَالُوا رَبُّنَا اللَّهُ ثُمَّ اسْتَقَامُوا فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ
13. Həqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutanlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.
Təfsir
Həqiqətən də: “Rəbbimiz Allahdır və bizim Ondan başqa rəbbimiz yoxdur!” – deyib, sonra iman gətirib saleh əməl edənlərə nə axirətdə qarşılaşacaqları işlərdə bir qorxu olar, nə də bu dünyada əldə etmədikləri və sonraya saxladıqları nəsiblərinə görə kədərlənərlər.