Surə 46 · Cüz 26

Al-Ahqaf · 46:11

وَقَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا لَوْ كَانَ خَيْرًا مَا سَبَقُونَا إِلَيْهِ ۚ وَإِذْ لَمْ يَهْتَدُوا بِهِ فَسَيَقُولُونَ هَٰذَا إِفْكٌ قَدِيمٌ

11. Kafirlər möminlərə de­di­lər: “Əgər Quran xeyirli bir şey ol­say­dı, onlar bun­da bizi qabaqlaya bilməzdilər!” Onlar bu­nunla doğ­ru yola gəlmə­dik­ləri üçün: “Bu, köhnə yalan­dır!”– deyəcəklər.

Təfsir

Qurana və peyğəmbərinin gətirdiyinə küfr edən kimsələr iman gətirənlərə de­di­lər: “Əgər Muhəmmədin gətirdiyi risalət xeyirə yönəldən bir haqq olsaydı, o zaman bu kasıblar, kölələr və zəiflər bu işdə bizi qabaqlaya bilməzdilər!” Onlar peyğəmbərlərinin gətirdiyi doğ­ru yola gəlmə­dik­ləri üçün deyəcəklər ki: “Onun bizə gətirdiyi din köhnə yalan­dır və biz bu yalana tabe olan deyilik!”

Oxuyucuda aç - Surəni tam oxu