Surə 46 · Cüz 26
Al-Ahqaf · 46:10
قُلْ أَرَأَيْتُمْ إِنْ كَانَ مِنْ عِنْدِ اللَّهِ وَكَفَرْتُمْ بِهِ وَشَهِدَ شَاهِدٌ مِنْ بَنِي إِسْرَائِيلَ عَلَىٰ مِثْلِهِ فَآمَنَ وَاسْتَكْبَرْتُمْ ۖ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ
10. De: “Bir deyin görək, əgər bu Quran Allah tərəfindəndirsə və siz də onu inkar etmisinizsə, İsrail oğullarından da bir şahid onun bənzərinə şahidlik edib iman gətiribsə, siz isə təkəbbür göstərmisinizsə, zülm etmiş olmazsınızmı? Allah zalımları doğru yola yönəltməz!”
Təfsir
Ey Peyğəmbər! Haqq yalan sayanlara de: “Bir deyin görək, əgər bu Quran Allah tərəfindəndirsə və siz də onu inkar etmisinizsə, İsrail oğullarından da bir şahid bu kitab barədə Tövratda varid olan xəbərlərə etimad edərək onun Allahdan nazil olduğuna şahidlik edib ona iman gətirib, siz isə ona iman gətirməyə təkəbbür göstərmisinizsə, o halda siz zalım sayılmırsınızmı?! Şübhəsiz ki, Allah zalım qövmü haqq yönəlməyə müvəffəq etməz!”