Surə 45 · Cüz 25
Al-Jathiyah · 45:5
وَاخْتِلَافِ اللَّيْلِ وَالنَّهَارِ وَمَا أَنْزَلَ اللَّهُ مِنَ السَّمَاءِ مِنْ رِزْقٍ فَأَحْيَا بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا وَتَصْرِيفِ الرِّيَاحِ آيَاتٌ لِقَوْمٍ يَعْقِلُونَ
5. Gecə və gündüzün bir-birini əvəz etməsində, Allahın göydən yağmur endirib onun vasitəsilə yeri ölümündən sonra diriltməsində və küləkləri istədiyi səmtə yönəltməsində düşüncəli insanlar üçün də dəlillər var.
Təfsir
Gecə və gündüzün bir-birinin ardınca gəlib-getməsində, Allahın göydən yağmur endirib onun vasitəsilə, heç bir bitki bitməyən qurumuş bir yerdə bitkilər bitirib oranı canlandırmasında və küləkləri də sizin mənfəətiniz üçün bəzən bir istiqamətdən, bəzən də başqa bir istiqamətdən gətirməsində, başa düşən insanlar üçün dəlillər var. Onlar bu dəlillərə əsaslanaraq Allahın vəhdaniyyətini, Onun ölüləri dirildəcəyinə qadir olduğunu və ümumiyyətlə, hər şeyə qadir olduğunu isbat edirlər.