Surə 45 · Cüz 25
Al-Jathiyah · 45:4
وَفِي خَلْقِكُمْ وَمَا يَبُثُّ مِنْ دَابَّةٍ آيَاتٌ لِقَوْمٍ يُوقِنُونَ
4. Sizin yaradılışınızda və Allahın yer üzünə yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlil var.
Təfsir
Ey insanlar! Sizin yaradılışınızda - əvvəlcə nütfə, sonra qan laxtası, sonra da ət parçası olmanızda və Allahın yer üzünə yaydığı canlılarda, Allahın Xaliq olduğuna yəqinliklə iman gətirmiş kimsələr üçün Onun vəhdaniyyətinə dəlalət edən dəlillər vardır.