Surə 45 · Cüz 25
Al-Jathiyah · 45:6
تِلْكَ آيَاتُ اللَّهِ نَتْلُوهَا عَلَيْكَ بِالْحَقِّ ۖ فَبِأَيِّ حَدِيثٍ بَعْدَ اللَّهِ وَآيَاتِهِ يُؤْمِنُونَ
6. Bunlar Allahın ayələridir. Biz onları sənə bir həqiqət kimi oxuyuruq. Onlar Allaha və Onun dəlillərinə dair sözə inanmadıqdan sonra daha hansı sözə inanacaqlar?!
Təfsir
Ey Peyğəmbər! Biz bu ayələri və dəlilləri sənə bir həqiqət olaraq oxuyuruq. Onlar Allahın Öz quluna nazil etdiyi sözünə və Onun dəlillərinə inanmadıqdan sonra, hansı sözə inanacaq və hansı dəlili qəbul edəcəklər?!