Surə 45 · Cüz 25
Al-Jathiyah · 45:20
هَٰذَا بَصَائِرُ لِلنَّاسِ وَهُدًى وَرَحْمَةٌ لِقَوْمٍ يُوقِنُونَ
20. Bu Quran insanlar üçün açıq-aydın bir dəlil, qəti inananlar üçün isə doğru yol göstəricisi və mərhəmətdir.
Təfsir
Rəsulumuza nazil edilmiş bu Quran insanlar üçün haqqı batildən ayırd edən dəlil, yəqinliklə inananlar üçün də doğru yol göstəricisi və mərhəmətdir. Çünki məhz onlar Quran sayəsində doğru yola yönəlirlər ki, özlərinin Rəbbi onlardan razı qalsın və onları Cəhənnəm odundan uzaqlaşdırıb Cənnətə daxil etsin.