Surə 45 · Cüz 25
Al-Jathiyah · 45:21
أَمْ حَسِبَ الَّذِينَ اجْتَرَحُوا السَّيِّئَاتِ أَنْ نَجْعَلَهُمْ كَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَوَاءً مَحْيَاهُمْ وَمَمَاتُهُمْ ۚ سَاءَ مَا يَحْكُمُونَ
21. Yoxsa günah qazananlar onları, həyatda olduğu kimi, ölümlərindən sonra da iman gətirib yaxşı işlər görənlərlə eyni tutacağımızı güman edirlər? Nə pis mühakimə yürüdürlər!
Təfsir
Yoxsa öz əzaları ilə küfr və asilik edib günah qazananlar, onları, əməllərinin əvəzini almaq xüsusunda həyatda olduğu kimi, ölümlərindən sonra da, Allaha iman gətirib yaxşı işlər görənlərlə eyni tutacağımızı güman edirlər?! Yürütdükləri bu mühakimə necə də pisdir!