Surə 45 · Cüz 25
Al-Jathiyah · 45:19
إِنَّهُمْ لَنْ يُغْنُوا عَنْكَ مِنَ اللَّهِ شَيْئًا ۚ وَإِنَّ الظَّالِمِينَ بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ ۖ وَاللَّهُ وَلِيُّ الْمُتَّقِينَ
19. Çünki onlar səni heç bir vəchlə Allahdan qurtara bilməzlər. Şübhəsiz ki, zalımlar bir-birinin himayədarıdırlar, Allah isə müttəqilərin Himayədarıdır.
Təfsir
Əgər haqqı bilməyənlərin nəfslərinin istəklərinə uysan, onlar səni Allahın əzabından heç cür xilas edə bilməzlər. Həqiqətən də, hər bir millətdən və dindarlardan olan zalımlar möminlərə qarşı bir-birinin hamisidir. Allah isə, Onun əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Ondan qorxan kimsələrin Hamisidir.