Surə 45 · Cüz 25
Al-Jathiyah · 45:16
وَلَقَدْ آتَيْنَا بَنِي إِسْرَائِيلَ الْكِتَابَ وَالْحُكْمَ وَالنُّبُوَّةَ وَرَزَقْنَاهُمْ مِنَ الطَّيِّبَاتِ وَفَضَّلْنَاهُمْ عَلَى الْعَالَمِينَ
16. Biz İsrail oğullarına Kitab, hökmranlıq və peyğəmbərlik bəxş etmiş, onlara pak nemətlərdən ruzi vermiş və onları aləmlərdən üstün etmişdik.
Təfsir
Biz İsrail oğullarına Tövrat və onun sayəsində insanlar arasında hökm vermək ixtiyarı bəxş etdik, habelə, peyğəmbərlərin çoxunu onların özlərindən - İbrahimin (aleyhissəlam) nəslindən etdik, onlara növbənöv pak nemətlərdən ruzi verdik və onları zəmanələrindəki bəşər əhlindən üstün etdik.