Surə 45 · Cüz 25

Al-Jathiyah · 45:15

مَنْ عَمِلَ صَالِحًا فَلِنَفْسِهِ ۖ وَمَنْ أَسَاءَ فَعَلَيْهَا ۖ ثُمَّ إِلَىٰ رَبِّكُمْ تُرْجَعُونَ

15. Kim yaxşı iş görsə, xeyri özünə, kim də pislik etsə, zə­rə­ri öz əleyhinə olar. Son­ra siz Rəbbi­nizə qaytarılacaqsınız.

Təfsir

Kim yaxşı bir əməl edərsə, bu əməlin xeyri onun özünə olar, belə ki, Allahın onun əməlinə ehtiyacı yoxdur. Kim də pis bir əməl edərsə, bu əməlin cəzası onun öz əleyhinə olar. Belə ki, onun pis əməli Allaha zərər yetirməz. Son­ra axirətdə hamınız yalnız Bizim hüzurumuza qaytarılacaqsınız ki, hər birinizə layiq olan (mükafatı və ya cəzanı) verək.

Oxuyucuda aç - Surəni tam oxu

Al-Jathiyah 45:15 · Tlawati