Surə 45 · Cüz 25
Al-Jathiyah · 45:17
وَآتَيْنَاهُمْ بَيِّنَاتٍ مِنَ الْأَمْرِ ۖ فَمَا اخْتَلَفُوا إِلَّا مِنْ بَعْدِ مَا جَاءَهُمُ الْعِلْمُ بَغْيًا بَيْنَهُمْ ۚ إِنَّ رَبَّكَ يَقْضِي بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ
17. Onlara dinə dair aydın dəlillər vermişdik. Amma elm onlara gəldikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa düşdülər. Şübhəsiz ki, sənin Rəbbin ixtilafa düşdükləri məsələlər barəsində Qiyamət günü onların arasında hökm verəcək.
Təfsir
Biz onlara haqqı batildən ayırd edən dəlillər vermişdik. Onlar yalnız özlərinə dəlil-sübut göstərildikdən - Muhəmməd (səllallahu aleyhi və səlləm) peyğəmbər göndərildikdən sonra ixtilafa düşdülər. Bu ixtilafa düşmələrinin səbəbi isə yalnız vəzifəyə və şan-şöhrətə olan hərislikdən irəli gələn ədavətdən dolayı olmuşdur. Ey Peyğəmbər! Şübhəsiz ki, sənin Rəbbin onların dünyada ixtilafa düşdükləri məsələlər barəsində qiyamət günü onların arasında hökm verəcək, kimin haqq və kimin də batil olduğunu bəyan edəcəkdir.