Surə 43 · Cüz 25
Az-Zukhruf · 43:85
وَتَبَارَكَ الَّذِي لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا وَعِنْدَهُ عِلْمُ السَّاعَةِ وَإِلَيْهِ تُرْجَعُونَ
85. Göylərin, yerin və onların arasında olan hər şeyin sahibi olan Allah nə qədər xeyirxahdır! O Saat (Qiyamət) haqqında bilgi Ondadır və siz Onun hüzuruna qaytarılacaqsınız.
Təfsir
Pak və müqəddəs Allahın xeyir və bərəkəti boldur. O Allah ki, göylərin, yerin və onların arasındakıların mülkü Ona məxsusdur. Qiyamətin qopacağı saat haqqında bilgi yalnız Ondadır. Ondan başqa heç kəsin bu haqda bilgisi yoxdur və siz axirətdə haqq-hesaba çəkilmək və əməllərinizin əvəzini almaq üçün yalnız Onun hüzuruna qaytarılacaqsınız.