Surə 43 · Cüz 25
Az-Zukhruf · 43:86
وَلَا يَمْلِكُ الَّذِينَ يَدْعُونَ مِنْ دُونِهِ الشَّفَاعَةَ إِلَّا مَنْ شَهِدَ بِالْحَقِّ وَهُمْ يَعْلَمُونَ
86. Müşriklərin Onu qoyub yalvardıqları tanrılar şəfaət verə bilməzlər. Mənasını bilərək haqqa şəhadət verənlər isə istisnadır.
Təfsir
Müşriklərin Allahdan başqa ibadət etdikləri tanrılar Allah yanında şəfaətçilik edə bilməzlər. Yalnız İsa, Uzeyr və mələklər kimi "lə ilahə illəllah" deyərək şəhadət gətirən və gətirdiyi şəhadətin mənasını bilən kimsələr müstəsnadır.