Surə 43 · Cüz 25
Az-Zukhruf · 43:84
وَهُوَ الَّذِي فِي السَّمَاءِ إِلَٰهٌ وَفِي الْأَرْضِ إِلَٰهٌ ۚ وَهُوَ الْحَكِيمُ الْعَلِيمُ
84. Göydə də məbud, yerdə də məbud yalnız Odur. O, Hikmət sahibidir, Biləndir.
Təfsir
O pak və müqəddəs Allah həm göydə, həm də yerdə ibadət olunmağa layiq olan haqq məbuddur. O, yaratmaq, qədəri yazmaq və işləri idarə etmək xüsusunda Hikmət sahibidir, həmçinin, Öz qullarının etdiklərini Biləndir və onların əməllərindən heç bir şey Ona gizli qalmaz.