Surə 43 · Cüz 25
Az-Zukhruf · 43:65
فَاخْتَلَفَ الْأَحْزَابُ مِنْ بَيْنِهِمْ ۖ فَوَيْلٌ لِلَّذِينَ ظَلَمُوا مِنْ عَذَابِ يَوْمٍ أَلِيمٍ
65. Firqələr öz aralarında ixtilafa düşdülər. Ağrılı-acılı bir günün əzabından vay zalımların halına!
Təfsir
Nəsranilərdən olan firqələr İsa barəsində ixtilaf etdilər. Onlardan qismi: "O, ilahdır" - dedi. Bir qismi: "O, Allahın oğludur" - dedi. Bir qismi də: "O və onun anası iki ilahdır" - dedi. İsanın ilah, yaxud Allahın oğlu, yaxud da üçlüyün üçüncüsü olduğunu deməklə özlərinə zülm edən kimsələrin, qiyamət günü onları gözləyən ağrılı-acılı bir əzabdan dolayı vay halına!