Surə 43 · Cüz 25
Az-Zukhruf · 43:66
هَلْ يَنْظُرُونَ إِلَّا السَّاعَةَ أَنْ تَأْتِيَهُمْ بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ
66. Onlar özləri də hiss etmədən o Saatın qəflətən onlara gəlməsindən başqa bir şeymi gözləyirlər?
Təfsir
Yoxsa, İsa barəsində ixtilafa düşmüş o firqələr özləri də hiss etmədən qiyamət saatının qəflətən onları haqlayacağından başqa bir şeymi gözləyirlər?! Əgər onlar kafir olduqları halda qiyamət onları haqlayarasa, şübhəsiz ki, onların aqibəti ağrılı-acılı bir əzab olacaqdır.