Surə 43 · Cüz 25
Az-Zukhruf · 43:64
إِنَّ اللَّهَ هُوَ رَبِّي وَرَبُّكُمْ فَاعْبُدُوهُ ۚ هَٰذَا صِرَاطٌ مُسْتَقِيمٌ
64. Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Budur düz yol!”
Təfsir
Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Bizim Ondan başqa Rəbbimiz yoxdur. Odur ki, ixlasla yalnız Ona ibadət edin! Bu tovhid, heç bir əyriliyi olmayan düz yoldur”.