Surə 43 · Cüz 25
Az-Zukhruf · 43:63
وَلَمَّا جَاءَ عِيسَىٰ بِالْبَيِّنَاتِ قَالَ قَدْ جِئْتُكُمْ بِالْحِكْمَةِ وَلِأُبَيِّنَ لَكُمْ بَعْضَ الَّذِي تَخْتَلِفُونَ فِيهِ ۖ فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ
63. İsa aydın dəlillərlə gəldiyi zaman dedi: “Mən sizə hikmət gətirmişəm və barəsində ziddiyyətə düşdüyünüz bəzi şeyləri izah etmək üçün gəlmişəm. Allahdan qorxun və mənə itaət edin!
Təfsir
İsa (aleyhissəlam) qövmünə özünün Allah rəsulu olduğuna dair aydın dəlillər gətirdiyi zaman onlara dedi: “Mən Allahdan sizə hikmət gətirmişəm və dininizə aid məsələlərdə ixtilafa düşdüyünüz bəzi şeyləri izah etmək üçün gəlmişəm. Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Allahdan qorxun və sizə əmr və qadağan etdiyim işlərdə mənə itaət edin!