Surə 42 · Cüz 25
Ash-Shura · 42:44
وَمَنْ يُضْلِلِ اللَّهُ فَمَا لَهُ مِنْ وَلِيٍّ مِنْ بَعْدِهِ ۗ وَتَرَى الظَّالِمِينَ لَمَّا رَأَوُا الْعَذَابَ يَقُولُونَ هَلْ إِلَىٰ مَرَدٍّ مِنْ سَبِيلٍ
44. Allah kimi azğınlığa salsa, bundan sonra onun heç bir himayəçisi olmaz. Sən zalımları əzabı gördükləri zaman: “Qayıtmağa bir yol yoxdurmu?”– deyən görəcəksən.
Təfsir
Allah kimi hidayətdən məhrum edib haqdan azdırarsa, bundan sonra ona yardım edəcək bir hamisi olmaz. Qiyamət günü sən, küfr və asilik etməklə özlərinə zülm edən kimsələrin əzabı gördükləri zaman təmənna edib: “Dünyaya qayıtmağa bir yol varmı, (qayıdıb) Allaha tövbə edək?” – dediklərini görəcəksən.