Surə 42 · Cüz 25
Ash-Shura · 42:45
وَتَرَاهُمْ يُعْرَضُونَ عَلَيْهَا خَاشِعِينَ مِنَ الذُّلِّ يَنْظُرُونَ مِنْ طَرْفٍ خَفِيٍّ ۗ وَقَالَ الَّذِينَ آمَنُوا إِنَّ الْخَاسِرِينَ الَّذِينَ خَسِرُوا أَنْفُسَهُمْ وَأَهْلِيهِمْ يَوْمَ الْقِيَامَةِ ۗ أَلَا إِنَّ الظَّالِمِينَ فِي عَذَابٍ مُقِيمٍ
45. Cəhənnəm qarşısına gətirildikləri zaman sən onların zəlillikdən başlarını aşağı salıb gözucu gizlin-gizlin baxdıqlarını görəcəksən. Möminlər deyəcəklər: “Şübhəsiz ki, ziyana uğrayanlar Qiyamət günü özlərini və ailələrini itirənlərdir”. Həqiqətən, zalımlar daimi əzab içində olacaqlar.
Təfsir
Ey Peyğəmbər, o zalımlar zəlil və rəzil olduqları halda Cəhənnəmin qarşısına gətirildikləri zaman sən onların Cəhənnəmin qorxusundan başlarını aşağı salıb gözucu insanlara gizlin-gizlin baxdıqlarını görəcəksən. Allaha və Onun elçilərinə iman gətirənlər deyəcəklər: “Şübhəsiz ki, ziyana uğrayanlar qiyamət günü Allahın əzabına düçar olmaqla özlərini və ailələrini ziyana salanlardır”. Heç şübhəsiz ki, küfr və asilik etməklə özlərinə zülm edən kimsələr əbədi olaraq daimi əzab içində qalacaqlar.