Surə 42 · Cüz 25
Ash-Shura · 42:43
وَلَمَنْ صَبَرَ وَغَفَرَ إِنَّ ذَٰلِكَ لَمِنْ عَزْمِ الْأُمُورِ
43. Hər kim səbir edib bağışlasa, şübhəsiz ki, bu məqsədə uyğun işlərdəndir.
Təfsir
Hər kim başqasının əziyyətinə səbir edib onu əfv edərsə, şübhəsiz ki, bu səbir, ona və cəmiyyətə xeyir gətirər. Bu, elə bir təqdirəlayiq əməldir ki, buna yalnız böyük qismət sahibləri müvəffəq olar.