Surə 42 · Cüz 25
Ash-Shura · 42:30
وَمَا أَصَابَكُمْ مِنْ مُصِيبَةٍ فَبِمَا كَسَبَتْ أَيْدِيكُمْ وَيَعْفُو عَنْ كَثِيرٍ
30. Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar üzündəndir. Allah günahların çoxunu bağışlayır.
Təfsir
Ey insanlar, başınıza gələn, yaxud malınıza toxunan hər bir müsibət öz əllərinizlə etdiyiniz asiliklər üzündəndir. Allah o günahların çoxunu sizə bağışlayır və buna görə sizi sorğu-sual etməyəcəkdir.