Surə 42 · Cüz 25

Ash-Shura · 42:29

وَمِنْ آيَاتِهِ خَلْقُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَثَّ فِيهِمَا مِنْ دَابَّةٍ ۚ وَهُوَ عَلَىٰ جَمْعِهِمْ إِذَا يَشَاءُ قَدِيرٌ

29. Göyləri, yeri və onlarda yaydığı canlıları yaratması Onun də­lil­lərin­dən­dir. Allah istədiyi vaxt yaratdıqlarını bir yerə top­la­ma­ğa qadirdir.

Təfsir

Allahın göyləri və yeri xəlq etməsi, habelə, onların içində qəribə məxluqlar yayması, Onun qüdrətinə və vəhdaniyyətinə dəlalət edən dəlillərindən­dir. Allah istədiyi vaxt yaratdıqlarını bir yerə topla­ma­ğa və haqq-hesab çəkməyə qadirdir. Onların ilk yaradılışında Ona heç nə mane olmadığı kimi, onları bir yerə topladıqda da, Ona heç nə mane ola bilməz.

Oxuyucuda aç - Surəni tam oxu

Ash-Shura 42:29 · Tlawati