Surə 42 · Cüz 25
Ash-Shura · 42:28
وَهُوَ الَّذِي يُنَزِّلُ الْغَيْثَ مِنْ بَعْدِ مَا قَنَطُوا وَيَنْشُرُ رَحْمَتَهُ ۚ وَهُوَ الْوَلِيُّ الْحَمِيدُ
28. İnsanlar ümidlərini kəsdikdən sonra yağış endirən və Öz mərhəmətini hər yana yayan Odur. O, Himayəçidir, Tərifəlayiqdir.
Təfsir
Bəndələri yağışın yağmasından ümidlərini kəsdikdən sonra onlara yağış endirən və bu yağışı hər tərəfə yayıb yeri canlandıran Allahdır. O, Öz qullarının işlərini yoluna qoyan Hamidir və hər bir halda Tərifəlayiqdir.