Surə 42 · Cüz 25
Ash-Shura · 42:27
۞ وَلَوْ بَسَطَ اللَّهُ الرِّزْقَ لِعِبَادِهِ لَبَغَوْا فِي الْأَرْضِ وَلَٰكِنْ يُنَزِّلُ بِقَدَرٍ مَا يَشَاءُ ۚ إِنَّهُ بِعِبَادِهِ خَبِيرٌ بَصِيرٌ
27. Əgər Allah Öz qullarına bolluca ruzi versəydi, onlar yer üzündə həddi aşardılar. Lakin O, istədiyi şeyi qədərincə göndərir. Həqiqətən, O, Öz qullarından Xəbərdardır, Görəndir.
Təfsir
Əgər Allah bütün qullarına bol-bol ruzi versəydi, onlar yer üzündə zülm etməklə həddi aşardılar. Lakin pak və müqəddəs Allah ruzini istədiyi qədər - bəzən çox, bəzən də az nazil edir. Həqiqətən, O, Öz qullarının işlərindən xəbərdardır və onların etdiklərini görür. Elə buna görə də, O Öz hikməti ilə istədiyinə ruzi verir və Öz hikməti ilə istədiyinin ruzisini kəsir.