Surə 42 · Cüz 25
Ash-Shura · 42:31
وَمَا أَنْتُمْ بِمُعْجِزِينَ فِي الْأَرْضِ ۖ وَمَا لَكُمْ مِنْ دُونِ اللَّهِ مِنْ وَلِيٍّ وَلَا نَصِيرٍ
31. Siz yer üzündə Allahdan yaxa qurtara bilməzsiniz. Allahdan başqa sizin nə bir himayəçiniz olar, nə də bir köməkçiniz.
Təfsir
Rəbbiniz sizi cəzalandırmaq istəsə, siz qaçıb Ondan canınızı qurtara bilməzsiniz. Ondan başqa sizin nə işlərinizi yoluna qoyan bir haminiz olar, nə də Onun əzabını sizdən uzaqlaşdıracaq bir köməkçiniz.