Surə 42 · Cüz 25
Ash-Shura · 42:23
ذَٰلِكَ الَّذِي يُبَشِّرُ اللَّهُ عِبَادَهُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ ۗ قُلْ لَا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَىٰ ۗ وَمَنْ يَقْتَرِفْ حَسَنَةً نَزِدْ لَهُ فِيهَا حُسْنًا ۚ إِنَّ اللَّهَ غَفُورٌ شَكُورٌ
23. İman gətirib yaxşı işlər görən qullarına Allahın müjdə verdiyi nemət budur. De: “Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm”. Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah Bağışlayandır, şükrün əvəzini verəndir.
Təfsir
Allahın Öz rəsulu vasitəsilə, Allaha və Onun elçilərinə iman gətirib yaxşı işlər görən kimsələrə verdiyi böyük müjdə budur. Ey Peyğəmbər, de: “Mən haqqı təbliğ etdiyimə görə sizdən mükafat istəmirəm. Yalnız sizin özünüzə fayda verəcək bir mükafatdan başqa. Bu da, mənim sizinlə olan qohumluğuma görə sevməyinizdir". Kim bir yaxşılıq edərsə, Biz onun savabını on mislində artırarıq. Həqiqətən, Allah Öz qullarından Ona tövbə edən kimsənin günahlarını bağışlayar, üstəlik, onların Onun üzü xatirinə etdikləri yaxşı əməllərin əvəzini verər.