Surə 42 · Cüz 25
Ash-Shura · 42:24
أَمْ يَقُولُونَ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا ۖ فَإِنْ يَشَإِ اللَّهُ يَخْتِمْ عَلَىٰ قَلْبِكَ ۗ وَيَمْحُ اللَّهُ الْبَاطِلَ وَيُحِقُّ الْحَقَّ بِكَلِمَاتِهِ ۚ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ
24. Yoxsa onlar sənin barəndə: “O, Allaha qarşı yalan uydurdu”– deyirlər?! Əgər Allah istəsə, sənin qəlbinə möhür vurar. Allah batili silib yox edər və haqqı Öz sözləri ilə bərqərar edər. Şübhəsiz ki, O, kökslərdə olanları bilir.
Təfsir
Müşriklərin batil iddialarından biri də budur ki, Muhəmməd (səllallahu aleyhi və səlləm) bu Quranı özündən uydurub Allah nisbət etmişdir. Allah onların bu iddiasını rədd edib buyurur: "Əgər sənin nəfsin yalan uydurmaq istəsəydi, Mən ona möhür vurardım. Beləliklə də, uydurma batili silib yox edər, haqqı saxlayardım. Bu işin onların iddia etdiyi kimi olmaması dəlildir ki, Muhəmməd (səllallahu aleyhi və səlləm) Quranın ona öz Rəbbi tərəfindən vəhy edildiyini doğru söyləyir. Şübhəsiz ki, Allah, Öz qullarının qəlblərində olanları bilir, bunlardan heç bir şey Ondan gizli qalmır.