Surə 42 · Cüz 25
Ash-Shura · 42:22
تَرَى الظَّالِمِينَ مُشْفِقِينَ مِمَّا كَسَبُوا وَهُوَ وَاقِعٌ بِهِمْ ۗ وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فِي رَوْضَاتِ الْجَنَّاتِ ۖ لَهُمْ مَا يَشَاءُونَ عِنْدَ رَبِّهِمْ ۚ ذَٰلِكَ هُوَ الْفَضْلُ الْكَبِيرُ
22. Zalımların qazandıqları günahlar özlərinə qarşı çevrildikdə onları bunun qorxusundan titrəyən görəcəksən. İman gətirib yaxşı işlər görənlər isə Cənnət bağlarında məskunlaşacaqlar. Rəbbinin yanında onlar üçün istədikləri hər şey hazırlanmışdır. Böyük lütfkarlıq da elə budur.
Təfsir
Ey Peyğəmbər! Alaha şərik qoşmaqla və asiliklər etməklə özlərinə zülm edən kimsələrin qazandıqları günahlara görə cəzalandırılacaqlarından qorxub titrədiyini görəcəksən. Onlar, şübhəsiz ki, cəzalandırılacaqlar. Tövbə etmədən, bu cür qorxmağın heç bir faydası yoxdur. Bunlardan fərqli olaraq, Allaha və Onun elçilərinə iman gətirib yaxşı işlər görənlər isə Cənnət bağlarında naz-nemətlər içində olacaqlar. Rəbbinin yanında onlar üçün istədikləri hər növ tükənməz nemətlər hazırlanmışdır. Bənzəri olmayan böyük lütf də, elə budur.